Romariodan istefa çağrışı: “Ançelotti, bəsdir! Əşyalarını yığ və get!..”

15.11.26 | 21:51
Dünya futbolu

Braziliya millisi növbəti məğlubiyyətini alıb. Bu dəfə Karlo Ançelottinin rəhbərlik etdiyi komanda yoldaşlıq görüşündə Yaponiyaya 2:3 hesabı ilə uduzub. Nəticə Braziliya futbolunun əfsanələrindən olan Romarionun sərt reaksiyasına səbəb olub. Keçmiş hücumçu italiyalı mütəxəssisi istefaya çağırıb.

“Barselona”nın sabiq futbolçusu hesab edir ki, Ançelotti artıq Braziliya millisini çalışdırmamalıdır. İspaniyanın “Mundo Deportivo” nəşrinin yaydığı məlumata görə, Romario italiyalı mütəxəssisə müraciətində fikirlərini sərt şəkildə ifadə edib: “Ançelotti, bəsdir! Əşyalarını yığ və get! Qayıt, vaxtilə uğur qazandığın klubları çalışdır. Milli komandamız artıq bu vəziyyətə dözə bilmir. Kifayət qədər biabır olmuşuq. Daha bir dünya çempionatını riskə atmağa haqqımız yoxdur”.

Yaponiya ilə görüş Braziliya millisi üçün başqa bir xoşagəlməz hadisə ilə də yadda qalıb. Matçın gedişində hakimə tez-tez etiraz edən Ançelotti qırmızı vərəqə alaraq texniki zonanı tərk etməli olub.

Buna baxmayaraq, son uğursuzluqlar və artan tənqidlər italiyalı mütəxəssisin postunu hələlik ciddi təhlükə altına salmayıb. Ançelottinin Braziliya Futbol Konfederasiyası ilə müqaviləsi 2030-cu ilin mayına qədər qüvvədədir.

Braziliya millisi 2026-cı il dünya çempionatında da gözlənilən nəticəni əldə edə bilməyib. Beşqat dünya çempionu 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Ançelotti Braziliya millisinə rəhbərlik etməzdən əvvəl klub futbolunda böyük uğurlar qazanıb. O, “Real”, “Milan”, “Bavariya”, “Çelsi” və PSJ kimi komandaları çalışdırıb, beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub. İtaliyalı mütəxəssis, həmçinin Avropanın beş aparıcı çempionatının hamısında titul qazanan yeganə baş məşqçidir. Lakin onun Braziliya millisindəki nəticələri hələlik gözləntiləri doğrultmur və bu da futbol ictimaiyyətinin narazılığına səbəb olur.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09