“Qarabağ” yay transfer pəncərəsində növbəti addımını atıb. Ağdam təmsilçisi Rusiya “Pari NN” klubunun vingeri Renaldo Sefası heyətinə qatıb. Klubun rəsmi saytının məlumatına görə, 26 yaşlı yamaykalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Hücumun cinahları ilə yanaşı, mərkəz forvordu mövqeyində də oynaya bilən Sefas, karyerası ərzində Şimali Makedoniyanın “Şkupi” və Türkiyənin “Ankaragücü” klublarının da formasını geyinib. Yeni transfer Yamayka millisinin heyətində meydana çıxdığı 21 rəsmi oyunda 1 qolla yadda qalıb.