“Araz-Naxçıvan” heyətini yeni legionerlə gücləndirir. Naxçıvan təmsilçisi ispaniyalı yarımmüdafiəçi Alberto Fernandesin keçidini həll edib. 26 yaşlı pleymeykerlə “1+1” illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Madrid “Real”ının akademiyasının yetirməsi olan Fernandes karyerası ərzində ölkəsində “Sabadell”, “Rayo Maxadaonda”, Kiprdə isə “Omoniya 29 may” və son olaraq “Akritos Xloraka” klublarının formasını geyinib.