“Real”da yarımmüdafiə böhranı: Mourinyo “İnter”lə matç öncəsi çıxış yolu axtarır

06.09.26 | 19:34
Dünya futbolu

Çempionlar Liqasının startı ərəfəsində “Real” ciddi kadr itkiləri ilə üzləşib. Çərşənbə axşamı “Santyaqo Bernabeu”da “İnter”i qəbul edəcək Madrid təmsilçisi qarşılaşmaya demək olar ki, yarımmüdafiə xəttindən məhrum çıxacaq.

Ötən mövsümün son matçlarında qırmızı vərəqə alan Arda Gülər, Eduardo Kamavinqa və Bernardo Silva cəzalı olduqları üçün bu görüşü buraxacaqlar. Orelyen Çuameninin zədəli olması isə portuqaliyalı mütəxəssisin işini daha da çətinləşdirir. Mourinyo fransalı yarımmüdafiəçinin sıraya dönəcəyinə əmin olmadığını bildirib: “Çuameninin ‘İnter’lə oyuna çatacağını bilmirəm. Cəzalılara görə heyətdə böyük boşluq yaranıb. Əlimizdə əsas heyətdən yalnız Federiko Valverde qalıb. Bu, həll etməli olduğumuz ciddi problemdir”.

İspaniyanın “AS” nəşrinin yazdığına görə, Mourinyo məcburiyyətdən fərqli variantlara əl atacaq. Cud Bellingemin yarımmüdafiənin mərkəzinə çəkilməsi, Trent Aleksander-Arnold və ya mərkəz müdafiəçisi Din Höysenin bu mövqedə sınanması gündəmdədir. Həmçinin gənc futbolçular Xorxe Sestero və Serxio Martinesə də şans verilə bilər.

Səfərdə “Betis”ə 0:1 hesabı ilə uduzaraq mövsümdə ilk məğlubiyətini alan “Kral klubu” üçün bu sınaq həm də emosional baxımdan xüsusi əhəmiyyət kəsb edir. Mourinyo 2010-cu ildə ‘trebl’ etdiyi keçmiş komandası ‘İnter’lə üz-üzə gələcək.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16