UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Torpedo” (Kutaisi) – “Zirə” matçından öncə baş məşqçinin mətbuat konfransının və açıq məşqin vaxtı müəyyənləşib.
“Qartallar”ın baş məşqçisi 15 iyul saat 19:00-da media mənsublarının suallarını cavablandıracaq. Bu görüşdən yarım saat sonra – saat 19:30-da isə komandanın matçdan əvvəlki son məşqi baş tutacaq.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun “Zirə”nin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Kutaisidəki “Ramaz Şengeliya” stadionunda təşkil olunacaq cavab qarşılaşması 16 iyul saat 20:00-da start götürəcək.