Qubanın klubu, “Səbail”in investorları: FİF bu prosesdə hansı rolu oynayıb?

20.11.26 | 23:08
Ölkə futbolu

Azərbaycan futbolunda klub saxlamaq çətindir, investor tapmaq isə daha çətin. Amma “Hypers Quba” ətrafında yaranan son mübahisə göstərir ki, bəzən məsələ təkcə maliyyə çatışmazlığından ibarət olmur.

Klubun rəhbəri Ayaz Abdullayev iddia edir ki, Qubadan olan investorlar komandaya dəstək vermək istəsələr də, Futbolun İnkişafı Fondu (FİF) onları “Hypers Quba” əvəzinə “Səbail”ə yönləndirib. Hətta paytaxt klubunun adının dəyişdirilərək Qubanı təmsil etməsi planının müzakirə olunduğunu bildirir.

FİF-in icraçı direktoru Tural Piriyev isə tamamilə fərqli mənzərə təqdim edir. Onun sözlərinə görə, investorlarla ilk növbədə “Hypers Quba” müzakirə olunub, onlar Qubaya gedərək stadionla tanış olub, Ayaz Abdullayevlə görüşüblər. Piriyev iddia edir ki, Abdullayev klubun borcu olmadığını desə də, onun təhvil verilməsi müqabilində 400-500 min manat, I Liqaya yüksələcəyi halda isə 700 min – 1 milyon manat istədiyini bildirib. İnvestorların sonradan “Səbail”lə danışıqlara başlamasını isə FİF-in qərarı deyil, onların öz seçimi kimi təqdim edir.

Beləliklə, tərəflər eyni prosesi fərqli izah edir. Bəs həqiqət haradadır?

Maraqlı məqam odur ki, avqustun 29-da “Səbail” rəhbərliyinin Tural Piriyevlə birlikdə Qubaya səfər etdiyi, rayon rəhbərliyi ilə klubun Qubanı təmsil etməsi planını müzakirə etdiyi barədə məlumat yayılıb. Deməli, “Səbail”in Qubaya köçürülməsi ideyası havadan yaranmayıb. Ancaq bu fakt investorların məhz FİF tərəfindən “Hypers Quba”dan yayındırıldığını sübut etmir.

Digər sual isə Ayaz Abdullayevin klubdakı statusu ilə bağlıdır. O, martın 11-də “Quba”nın prezidenti vəzifəsindən getdiyini açıqlamışdı. İndi isə yenidən klubun rəhbəri kimi çıxış edir. Bu müddətdə idarəçilikdə nə dəyişib, Abdullayev hansı əsasla klubu təmsil edir?

FİF-in missiyası klublara investor tapmaq, onların maliyyə dayanıqlığını təmin etmək və ölkə futbolunda sağlam idarəçilik modelinin formalaşmasına kömək etməkdirsə, belə mübahisələrə aydınlıq gətirmək də Fondun məsuliyyətidir. Mingəçevirin maliyyə problemləri ilə bağlı açıqlamalar da göstərir ki, məsələ təkcə bir klubla məhdudlaşmır.

Burada əsas məsələ kimin haqlı olduğunu əvvəlcədən müəyyənləşdirmək deyil. FİF investorlarla danışıqların hansı mərhələsində və hansı səlahiyyətlərlə iştirak edib? “Hypers Quba”nın təhvil verilməsi üçün konkret maliyyə şərtləri irəli sürülübmü? İnvestorlar niyə seçimlərini dəyişiblər? “Səbail”in Qubaya köçürülməsi planı hansı mərhələdədir?

Bu suallara sənədlərlə və konkret faktlarla cavab verilməlidir. Çünki söhbət təkcə “Hypers Quba”nın taleyindən getmir. Söhbət ölkə futbolunda investorların necə cəlb olunmasından, klubların necə idarə edilməsindən və bu prosesdə FİF-in nə dərəcədə şəffaf fəaliyyət göstərməsindən gedir. Futbolun inkişafı üçün fond yaratmaq kifayət deyil. Əsas məsələ həmin fondun fəaliyyəti ilə bağlı sualların cavabsız qalmamasıdır.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09