Bu gün Bakıda 16 yaşadək (U-16) qızlardan ibarət yığma komandaların iştirakı ilə ənənəvi UEFA İnkişaf Turnirinə start verilib. İlk oyunu günündə ölkəmizin U-16 qızlar yığması ilə Litva həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 1:4. Turnir çərçivəsində komandamız daha iki oyun keçirəcək. Qızlarımız mayın 8-də Rumıniya, üç gün sonra isə Gürcüstan yığması ilə üz-üzə gələcək. Bütün qarşılaşmalar Binə stadionunda keçirilir.