“Qırmızı Furiya”nın dominantlığı və dramatik sonluq: İspaniya yarımfinaldadır!

11.07.26 | 02:15
Dünya futbolu

DÇ-2026-nın favoritləri sırasında yer almayan və turnir boyu qeyri-sabit oyunu ilə diqqət çəkən Belçika millisi 1/4 finalda son çempion İspaniya ilə üz-üzə gəldi. Uzun müddət rəsmi matçlarda məğlub olmayan İspaniya üçün Rudi Qarsiyanın yetirmələri, xüsusən də Kevin de Brüyne və komandası hücum xəttində Portuqaliyadan daha ciddi rəqib təsiri bağışlayırdı.

İlk hissədə 62% topla oynama göstəricisi ilə rəqibini öz cərimə meydançasına sıxışdıran ispanlar yalnız 20-ci dəqiqədən sonra təhlükəli vəziyyətlər yaratmağa başladılar. 30-cu dəqiqədə Yamalın mükəmməl asması, ardınca Olmonun zərbəsi və Fabian Ruizin təkrar zərbəsi İspaniyanı hesabda önə keçirdi – 1:0.

İspanlar üstünlüyü artırmağa çalışsalar da, 41-ci dəqiqədə şok qol buraxdılar. Kastanın cərimə meydançasına kəsərli asmasını Şarl de Ketelare (Charles De Ketelaere) başla tamamlayaraq hesabı bərabərləşdirdi -1:1. Bununla da Unai Simonun dünya çempionatlarındakı 649 dəqiqəlik “quru” seriyası qırıldı.

İkinci hissə daha açıq oyunla başladı. İspaniya yenidən təşəbbüsü ələ alsa da, Belçika da boş dayanmırdı. De Brüyne və Dokunun kombinasiyaları təhlükəli vəziyyətlərlə yadda qaldı.

Oyunun 71-ci dəqiqəsində isə dramatik an yaşandı. Belçika millisinin əsas simalarından olan qapıçı Tibo Kurtua zədələnərək meydanı göz yaşları içində tərk etməyə məcbur oldu. Onu gənc Lammens əvəz etdi.

Əvəzetmələrin çoxluğu və tempin aşağı düşməsi oyunun gedişatına mənfi təsir göstərsə də, İspaniya rəqibi təzyiq altında saxlamaqda davam edirdi. Nəhayət, 88-ci dəqiqədə rəqibin gənc qapıçısının səhvindən istifadə edən İspaniya istəyinə nail oldu. Kubarsinin uzaq məsafədən vurduğu zərbəni Lammens dəf edə bilmədi və meydana sonradan daxil olan Mikel Merino topu tora göndərərək komandasına qələbə qazandırdı – 2:1. Əlavə olunmuş vaxtda Belçikanın yekun hücumları nəticə vermədi. Beləliklə, ardıcıl ikinci oyunda əvəzetmədən girərək həlledici qolu vuran Merino, İspaniyanı DÇ-2026-nın yarımfinalına daşıdı!

Dünya çempionatı, 1/4 final

İspaniya – Belçika 2:1

Qollar: Fabian Ruiz, 30 (1:0); Şarl de Ketelare, 41 (1:1); Mikel Merino, 88 (2:1).

İspaniya: Unai Simon, Emerik Laport, Pau Kubarsi, Mark Kukurelya, Pedro Porro, Fabian Ruiz (Ferran Torres, 55), Rodri, Dani Olmo (Mikel Merino, 86), Aleks Baena (Pedri, 55), Lamin Yamal, Mikel Oyarzabal (Niko Uilyams, 79).

Belçika: Tibo Kurtua (Senne Lammens, 71), Brandon Mehele, Joel Ngoy, Maksim de Keyper (Xoakin Seys, 61), Timoti Kastan, Hans Vanaken (Axsel Vitsel, 60), Nikola Raskin, Kevin de Brüyne (Aleksis Salemakers, 86), Jeremi Doku, Leandro Trossard (Romelu Lukaku, 60), Şarl de Ketelare.

Sarı vərəqələr: Pau Kubarsi (43), Emerik Laport (90) — Kevin de Brüyne (85), Axsel Vitsel (90).

Stadion: “SoFi Stadium” (Los-Anceles, ABŞ).

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24