„Qarabağ“ Avstriyanın Tirol bölgəsində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı planlaşdırılan yoldaşlıq görüşü keçirilməyəcək.
Bu məlumatı Sofiya təmsilçisinin rəsmi saytı yayıb. Yoxlama oyununun ləğv edilməsinə səbəb tərəflərin UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşma ehtimalıdır. Belə ki, hər iki komanda I təsnifat mərhələsindəki rəqiblərini keçsələr, növbəti raundda rəqib olacaqlar. Bu amili nəzərə alan klublar sparrinq-görüşü ləğv etmək qərarına gəliblər.
Xatırladaq ki, „Qarabağ“ – ÇSKA matçı iyunun 27-nə planlaşdırılmışdı.