“Qarabağ”da həlledici matç öncəsi zədəli futbolçuların son durumu bəlli olub

25.08.26 | 17:09
Ölkə futbolu

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında Niderlandın “Tvente” klubunu qəbul etməyə hazırlaşan “Qarabağ”da zədəli futbolçuların son durumu açıqlanıb. Səfərdəki 1:0 hesablı vacib qələbədən sonra Bakıdakı cavab oyununa köklənən Ağdam təmsilçisinin rəsmi saytının yaydığı məlumata əsasən, komandanın heyətində həm sevindirici, həm də üzücü xəbərlər var.

Səfərdəki ilk görüşü buraxan Pedro Bikalyo artıq zədəsini tam sağaldaraq ümumi qrupla məşqlərə başlayıb. Müalicəsi davam edən Renaldo Sefasın bərpa prosesində də müsbət dinamika müşahidə olunur və yamaykalı hücumçunun matç gününədək sıraya dönmə ehtimalı yüksək qiymətləndirilir. Digər zədəli hücumçu Zakariya Savonun reabilitasiya prosesi isə planlaşdırıldığı kimi gedir və onun 3-5 həftəyə tam hazır olacağı gözlənilir.

Ağdam klubunda ən ciddi itki isə Elvin Cəfərquliyevlə bağlıdır. 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirilən cavab matçında zədələnən müdafiəçini əməliyyat gözləyir. Təcrübəli futbolçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09