“Qarabağ”ın yarımmüdafiəçisi Coni Montyel Ağdam təmsilçisindən ayrılmaq ərəfəsindədir. 27 yaşlı ispan futbolçunun bu qərarı verməsinə əsas səbəb kifayət qədər oyun şansı əldə etməməsidir.
Yaranmış vəziyyətdən istifadə etməyə çalışan Polşanın “Lex” klubu yarımmüdafiəçi üçün yenidən hərəkətə keçib. Poznan təmsilçisi mövsümün başında da Montyeli heyətinə qatmaq istəsə də, baş məşqçi Qurban Qurbanov həmin vaxt futbolçunun gedişinə icazə verməmişdi. Lakin az oyun müddətindən narazı qalan ispan yarımmüdafiəçi bu dəfə komandadan ayrılmaqda qərarlıdır.
Xatırladaq ki, Coni Montyelin “köhlən atlar”la müqavilə müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.