İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasının Çempionlar Yolu mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə “Qarabağ”ın U-19 komandasının ilk rəqibi müəyyənləşib. Ölkə çempionu mübarizəyə II mərhələdən qoşulacaq. Ağdam təmsilçisi bu mərhələdə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə üz-üzə gələcək.