“Qarabağ”ın Avstriya toplanışı: bir gündə iki məğlubiyyət

01.07.26 | 22:34
Ölkə futbolu

Avstriyada yeni mövsümün hazırlıqlarını davam etdirən Ağdamın “Qarabağ” klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunlarına çıxıb. Qurban Qurbanovun yetirmələri günü iki matçla tamamlasalar da, azarkeşlərini sevindirə bilməyiblər. “Köhlən atlar” günü həm böyükhesablı, həm də minimal məğlubiyyətlərlə başa vurub.

Günün ilk qarşılaşmasında “Qarabağ” Ukraynanın “Xarkov” klubu ilə qüvvəsini sınayıb. Kessendəki “Kayzervinkl Arena”da baş tutan matç Ağdam təmsilçisi üçün şokla başlayıb. Müdafiədəki ciddi boşluqlardan maksimum yararlanan rəqib ilk hissədə rəqib qapısına 3 cavabsız qol vurub.

İkinci yarıda “Qarabağ” oyunda dönüş etməyə çalışıb. 47-ci dəqiqədə Cəli Muaddib, 68-ci dəqiqədə isə Kadinin qolları komandaya ümid versə də, müdafiə xəttindəki fərdi səhvlər yekun nəticəyə təsir edib. İkinci hissədə qapısında daha 3 qol görən “skatunlar” meydandan 2:6 hesablı gözlənilməz və böyükhesablı məğlubiyyətlə ayrılıblar.

Günün ikinci və son qarşılaşmasında Qurban Qurbanov meydana tam fərqli bir heyət çıxarıb. Macarıstanın iddialı klublarından olan “Ferentsvaroş”la qarşılaşma daha gərgin və bərabər mübarizə şəraitində keçib. Lakin matçın ilk hissəsində qapısında gördüyü yeganə qola cavab verə bilməyən “Qarabağ”, bu görüşdən də minimal (0:1) məğlubiyyətlə ayrılmalı olub.

Xatırladaq ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi bundan əvvəlki ilk yoxlama oyununda yerli “Tirol” klubunu darmadağın etmişdi (4:0). Qurban Qurbanovun bu iki oyunda fərqli heyətləri sınaqdan keçirməsi, komandanın hazırkı fiziki durumunu və yeni transferləri dəyərləndirmək məqsədi daşıyır.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26