“Qalatasaray” mövsümə xal itkisi ilə başladı: Tribunalardan istefa şüarları səsləndi

15.08.26 | 01:33
Dünya futbolu

Türkiyə Super Liqasında 2026/2027-ci illər mövsümünə start verilib. Ardıcıl 5-ci çempionluq hədəfi ilə yola çıxan “Qalatasaray” açılış matçında doğma “RAMS Park”da liqanın debütantı “Çorum FK”-nı qəbul edib. Lakin qarşılaşma meydan sahibləri üçün gözlənilməz xal itkisi ilə başa çatıb – 2:2.

Matçın ikinci hissəsində azarkeşlər əsl qol düellosunun şahidi olublar. 53-cü dəqiqədə Viktor Osimhenin dəqiq zərbəsi ilə hesabda önə keçən “sarı-qırmızılılar”ın sevinci çox çəkməyib. 59-cu dəqiqədə Fredidən sol cinahda topu alan Aleksandros Kiziridis mərkəzə doğru irəliləyərək uzaq küncə vurduğu mükəmməl zərbə ilə hesabı bərabərləşdirib. Bu qol həm də “Çorum”un Super Liqa tarixində ilk qol kimi tarixə düşüb. Bundan cəmi iki dəqiqə sonra qonqlar daha bir qol vuraraq  hesabda irəli çıxıb.

“Qalatasaray”ın qısa müddət ərzində öz meydanında ardıcıl iki qol buraxaraq hesabda geri düşməsi “RAMS Park” tribunalarında ciddi narazılığa səbəb olub. “Çorum”un 61-ci dəqiqədəki qolundan dərhal sonra azarkeşlər rəhbərliyi istefaya səsləyən şüarlar səsləndiriblər.

Qarşılaşmanın 70-ci dəqiqəsində qonaqlar azlıqda qalıb. İlk qolun müəllifi Kiziridis Yunus Akgünə qarşı kobudluğa görə baş hakim Batuhan Kolak tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Rəqibin 10 nəfərlə mübarizə aparmasından istifadə edən “Qalatasaray” matçın sonlarında təzyiqi artırıb. Nəhayət, 90-cı dəqiqədə yenidən səhnəyə çıxan nigeriyalı ulduz Viktor Osimhen özünün və komandasının ikinci qolunu vuraraq “Qalatasaray”ı məğlubiyyətdən xilas edib.

Beləliklə, Super Liqa tarixindəki ilk oyununa çıxan “Çorum FK” İstanbuldan tarixi 1 xalla dönməyi bacarıb. Növbəti turda “Qalatasaray” liqanın digər debütantı olan “Ərzurumspor”un qonağı olacaq. “Çorum” isə doğma meydanda “Kasımpaşa” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Paylaş:

Xəbər Lenti

Statistiklər “Tvente”ni favorit göstərir: “Qarabağ”ı pley-offda çətin Niderland sınağı gözləyir!

15.08.26 | 11:12

“Hapoel” “Sabah” matçından önçü rotasiyaya əl atır

15.08.26 | 10:33

Kriştiano Ronaldonun milyonluq nikah müqaviləsi və hamını şoka salan yeni imici

15.08.26 | 10:27

Çiro İmmobile karyerasını başa vurdu: 36 yaşında futbolla vidalaşan əfsanənin izi ilə

15.08.26 | 09:05

“Srvena Zvezda”da kütləvi təmizlənmə: Belqrad nəhəngi heyəti yarıbayarı azaldır

15.08.26 | 02:01

İmad Faraj “Neftçi”dən ayrıldı

15.08.26 | 02:54

“Qalatasaray” mövsümə xal itkisi ilə başladı: Tribunalardan istefa şüarları səsləndi

15.08.26 | 01:33

Premyer Liqada ilk tur həyəcanı davam edir

15.08.26 | 01:29

Qurban Berdıyev: “Arxadan endirilən zərbələrin fiziki hazırlıqla nə əlaqəsi var?!”

15.08.26 | 01:06

Kaxaber Tsxadadze: “Həyat belədir, güclü olmalıyıq, mən özümə inanıram”

15.08.26 | 01:39

“Turan Tovuz” yeni mövsümə qələbə ilə başladı

15.08.26 | 00:11

Andrey Tlumak: “‘Qarabağ’ növbəti mərhələyə daha çox layiq idi, ‘Dinamo’ isə eyni səhvləri təkrarlayır”

14.08.26 | 18:20

“Araz-Naxçıvan” transfer fəallığını davam etdirir: Heyətə daha iki yerli oyunçu cəlb olundu

14.08.26 | 18:42

“Qarabağ”ın pley-off oyunlarının hakimləri, vaxtı və məkanı bəlli oldu

14.08.26 | 18:13

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10