Qadın güləşçilərimizdən ardıcıl qələbələr

23.04.26 | 19:03
Digər növlər

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən

böyüklər arasında Avropa çempionatı bütün həyəcanı ilə davam edir. Yarışın

dördüncü günündə ölkə

qadınlardan ibarət milli komandasının üzvləri xalça üzərinə çıxaraq uğurlu

çıxışları ilə diqqət çəkiblər.

Təmsilçimiz Jalə Əliyeva (57 kq) yarışa olduqca iddialı başlayıb. O, ilk

görüşündə almaniyalı Amori Andriki “tuşe” ilə məğlub edərək tam

üstünlük nümayiş etdirib. 1/4 finalda finlandiyalı Cenna Hemiaeni 5:0 hesabı ilə

mübarizədən kənarlaşdıran Jalə yarımfinala yüksəlib. Lakin bu mərhələdə Türkiyə

təmsilçisi Elvira Süleymanla gərgin keçən qarşılaşmada 2:6 hesabı ilə uduzan

idmançımız bürünc medal uğrunda mübarizə aparacaq.

Digər ümidverici güləşçimiz Birgül Soltanova (65 kq) rumıniyalı Krişta İntse üzərində 3:1 hesablı

qələbə qazanaraq adını yarımfinala yazdırıb. O, finala gedən yolda Alina

Kasabiyeva (UWW) ilə qarşılaşacaq.

62 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova çempionatın

startında Ukrayna təmsilçisi İlona Prokopevnyuku 10:0 hesabı ilə darmadağın edərək

gücünü göstərib. Təəssüf ki, Ruzanna 1/4 final mərhələsində Amina Tandelovaya

(UWW) məğlub olaraq (0:5) qızıl medal şansını itirib.

Günün sonunda azarkeşlərimizin diqqəti 59 kq

çəki dərəcəsinə yönələcək. Günay

Qurbanova Avropa çempionatının bürünc medalı uğrunda Marta Getmanova

(UWW) ilə həlledici sınağa çıxacaq.

Çempionatın geridə

qalan günləri yığmamız üçün məhsuldar keçib. Hazırda Azərbaycanın aktivində 5 medal var.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41