Azərbaycan Premyer Liqasında yeni mövsümün start turuna davam edilib. İkinci oyun günündə azarkeşlər iki qarşılaşmaya şahidlik ediblər. Günün mərkəzi matçında son çempion “Sabah” öz meydanında “Kəpəz”i qəbul edibsə, günün ilk görüşündə “Araz-Naxçıvan” və “İmişli” üz-üzə gəlib.
Günün açılış matçında Qəbələ Şəhər Stadionunda nominallı ev sahibi “Araz-Naxçıvan” çempionatın debütantı “İmişli” ilə qarşılaşıb. Gərgin keçən görüşdə tərəflər yaradılan imkanlardan yararlana bilməyiblər və matç 0:0 hesabı ilə başa çatıb.
“Araz-Naxçıvan” – “İmişli” 0:0
Baş hakim: Əliyar Ağayev
“Araz-Naxçıvan”: Artur Auqusto, Rövlan Muradov, Ceyhun Nuriyev (Abdulla Rzayev, 77), Mustafa Əhmədzadə, Patrik Andrade (k), İssuf Paro, Mohamed Mara, Bruno Franko (Boyan Letiç, 86), Luka Dumançiç, Alberto Fernandes (Mamadou Kane, 77), Abdalla Sudi (Ağadadaş Salyanski, 63)
“İmişli”: Yusif İmanov, Bəxtiyar Həsənalızadə, Azər Salahlı (k), Fərid Nəbiyev, İdris İnqilablı, Edvin Banqera, Yau Mozes (Vüsal Qənbərov, 40), Dioqo Rollo, Dioqo Kardozo (Seyxan Fərəcov, 83), Dioqo Almeyda (Tuncay Yusifli, 90+4), Juninyo
Sarı vərəqələr: Dioqo Rollo, Fərid Nəbiyev, Mohamed Mara, Patrik Andrade
Stadion: Qəbələ Şəhər Stadionu