Avropanın bir nömrəli klub turnirinin Budapeştdəki “Puşkaş Arena”da keçirilən final matçında ötən ilin çempionu PSJ ilə İngiltərə Premyer Liqasının qalibi “Arsenal” qarşılaşdı. Oyuna aqressiv pressinqlə başlayan “Arsenal” tezliklə üstünlüyü ələ aldı. Markinyosun səhvindən istifadə edən Kai Haverts sol cinahdan cərimə meydançasına daxil olaraq hesabı açdı. Qoldan sonra londonlular intizamlı müdafiə olunaraq PSJ-yə ilk hissədə real qol şansı vermədilər. İkinci hissədə Xviça Kvarasxeliya cərimə meydançasında qayda pozuntusu ilə saxlanıldı. Təyin olunan penaltini Usman Dembele dəqiq yerinə yetirərək hesaba tarazlıq gətirdi. Qoldan sonra canlanan Paris klubu Kvarasxeliya (dirəkdən qayıdan top), Barkola və Vitinya ilə təhlükəli vəziyyətlər yaratsa da, əsas vaxtda hesabı dəyişə bilmədi.
2016-cı ildən bəri ilk dəfə ÇL finalı əlavə vaxta getdi. Bu hissədə zədələnən Dembele meydanı tərk etdi və hər iki komanda ehtiyatlı oyuna üstünlük verdiyi üçün qol vurulmadı. “Lotereya”da daha dəqiq oynayan PSJ, ardıcıl ikinci il Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırdı.
PSJ – “Arsenal” – 1:1 (penaltilər seriyası – 4:3)
Qollar: Dembele, 65 (pen.) – Havertz, 6
Baş hakim: Daniel Zibert (Almaniya).
Stadion: “Puşkaş Arena” (Budapeşt, Macarıstan).
PSJ: Safonov, Mendeş, Paço, Markinyos (Zabarnı, 106), Hakimi, Neveş, Vitinya (Beraldo, 106), Ruis (Zair-Emeri, 95), Kvarasxeliya (Barkola, 83), Dembele (Ramuş, 90+6), Due.
“Arsenal”: Raya, İnkapie, Qabriel, Saliba, K. Moskera (Timber, 66), Lyuis-Skelli (Subimendi, 91), Edeqor (Dyökereş, 66), Rays, Trossar (Martinelli, 83), Havertz (Eze, 91), Saka (Madueke, 83).