PSJ yenə Çempionlar Liqasının qalibi oldu

31.05.26 | 00:14
Dünya futbolu

Avropanın bir nömrəli klub turnirinin Budapeştdəki “Puşkaş Arena”da keçirilən final matçında ötən ilin çempionu PSJ ilə İngiltərə Premyer Liqasının qalibi “Arsenal” qarşılaşdı. Oyuna aqressiv pressinqlə başlayan “Arsenal” tezliklə üstünlüyü ələ aldı. Markinyosun səhvindən istifadə edən Kai Haverts sol cinahdan cərimə meydançasına daxil olaraq hesabı açdı. Qoldan sonra londonlular intizamlı müdafiə olunaraq PSJ-yə ilk hissədə real qol şansı vermədilər. İkinci hissədə Xviça Kvarasxeliya cərimə meydançasında qayda pozuntusu ilə saxlanıldı. Təyin olunan penaltini Usman Dembele dəqiq yerinə yetirərək hesaba tarazlıq gətirdi.  Qoldan sonra canlanan Paris klubu Kvarasxeliya (dirəkdən qayıdan top), Barkola və Vitinya ilə təhlükəli vəziyyətlər yaratsa da, əsas vaxtda hesabı dəyişə bilmədi.

2016-cı ildən bəri ilk dəfə ÇL finalı əlavə vaxta getdi. Bu hissədə zədələnən Dembele meydanı tərk etdi və hər iki komanda ehtiyatlı oyuna üstünlük verdiyi üçün qol vurulmadı. “Lotereya”da daha dəqiq oynayan PSJ, ardıcıl ikinci il Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırdı.

PSJ – “Arsenal” – 1:1 (penaltilər seriyası – 4:3)

Qollar: Dembele, 65 (pen.) – Havertz, 6

Baş hakim: Daniel Zibert (Almaniya).

Stadion: “Puşkaş Arena” (Budapeşt, Macarıstan).

PSJ: Safonov, Mendeş, Paço, Markinyos (Zabarnı, 106), Hakimi, Neveş, Vitinya (Beraldo, 106), Ruis (Zair-Emeri, 95), Kvarasxeliya (Barkola, 83), Dembele (Ramuş, 90+6), Due.

“Arsenal”: Raya, İnkapie, Qabriel, Saliba, K. Moskera (Timber, 66), Lyuis-Skelli (Subimendi, 91), Edeqor (Dyökereş, 66), Rays, Trossar (Martinelli, 83), Havertz (Eze, 91), Saka (Madueke, 83).

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24