Portuqaliya millisində yeni era: Jorje Jejus baş məşqçi təyin olundu!

11.07.26 | 01:25
Dünya futbolu

Portuqaliya futbolunda gözlənilməz təyinat gerçəkləşib. Roberto Martinesin 3 illik fəaliyyətinə son qoyaraq postundan ayrıldıqdan cəmi üç gün sonra, millinin sükanı arxasına 71 yaşlı təcrübəli mütəxəssis Jorje Jejus gətirilib.

Təqdimat mərasimindən sonra məşhur “O Jogo” nəşrinə danışan Jejus, ilk növbədə millinin 41 yaşlı superulduzu Kriştianu Ronaldoya dəstək nümayiş etdirib: “Ronaldı – Portuqaliya futbolunun, millinin və bütövlükdə ölkənin simvoludur. Son bir ildə Səudiyyə Ərəbistanında onunla çiyin-çiyinə işləmək mənim üçün böyük zövq idi. Hər ikimizin nələrə nail ola biləcəyimizi dərk etdikdə, onunla tərəfdaşlıq etmək çox asanlaşır. O, fiziki və oyun baxımından yığmanın səviyyəsinə cavab verdiyi müddətcə, mən komandanın mənafeyi üçün ən doğru addımları atacam. Ronaldu nə mənim, nə də milli komanda üçün heç vaxt problem yaratmaz”. Xatırladaq ki, ötən həftə ulduz futbolçu artıq dünya çempionatlarında çıxış etməyəcəyini bəyan etsə də, milli karyerasını nə vaxt bitirəcəyini açıqlamamışdı.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24