Polina Rəhimova yığma ilə vidalaşdı

02.09.26 | 15:59
Digər növlər

Azərbaycan qadın voleybol millisinin aparıcı oyunçularından olan Polina Rəhimova yığma karyerasını rəsmən başa vurub.

Təcrübəli voleybolçu bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında məlumat verib. Rəhimova milli komandada son oyununu dünən Avropa çempionatının 1/8 final mərhələsində Türkiyəyə qarşı keçirib. Bununla da o, 15 illik zəngin beynəlxalq karyerasına yekun vurub.

Rəhimova milli komandada çıxışı ərzində 4 dəfə Olimpiya Oyunlarının təsnifat mərhələsində, 2 dəfə dünya çempionatının, 9 dəfə isə Avropa çempionatının final mərhələsində mübarizə aparıb. Bu göstərici ilə o, dünya rekorduna imza atıb.

Milli komandadakı karyerasını dəyərləndirən Rəhimova bu rekordla Azərbaycan bayrağını mümkün qədər yüksəklərə qaldırdığı üçün qürur duyduğunu bildirib.

Ölkədə voleybol ənənələrinin yaşamasından məmnunluğunu ifadə edən idmançı milli komandada yerli oyunçuların yer almasını da yüksək qiymətləndirib. O, gənclərdən ibarət yığmanın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Voleybola öz töhfəsini verə bildiyi üçün xoşbəxt olduğunu deyən Rəhimova karyerasının bu mərhələsini emosional sözlərlə ifadə edib: “Bu, həyatımın çox möhtəşəm bir hekayəsi idi. Öz kitabımı bağlayıb yenisinə başlayıram. Həyat davam edir”.

Azarkeşləri Azərbaycan millisinin oyunlarında dəstəklərini davam etdirməyə çağıran Rəhimova idmandan tamamilə uzaqlaşmayacağını da bildirib. Təcrübəli voleybolçu gələcəkdə ehtiyac yaranacağı təqdirdə milli komandada məşqçi köməkçisi kimi fəaliyyət göstərməyə hazır olduğunu vurğulayıb.

Bundan əlavə, Rəhimova yaxın vaxtlarda gənc nəsil üçün yay düşərgəsi təşkil edəcəyini açıqlayıb. O, üç həftə ərzində üç müxtəlif yaş qrupundan olan uşaqlar üçün ustad dərsləri keçməyi planlaşdırır. Beləliklə, Azərbaycan voleybolunun son 15 ilində mühüm rol oynayan Polina Rəhimova milli komanda formasında son oyununu keçirərək yığma karyerasına yekun vurub.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16