Pokatilov Slovakiyaya qələbə qazanmağa imkan vermədi, Farer adaları pley-offa yüksəldi

16.11.26 | 23:17
Dünya futbolu

Noyabrın 16-da UEFA Millətlər Liqasının C və D liqalarında bir neçə qarşılaşma keçirilib. C Liqasının 3-cü və 4-cü qruplarında, eləcə də millimizin yer aldığı D Liqasının 2-ci qrupunda son turun oyunları baş tutub.

C Liqasının 3-cü qrupunda Slovakiya səfərdə Qazaxıstanla heç-heçə edib – 2:2. Qazaxıstan Çesnokov və Voroqovskinin qolları ilə iki dəfə hesabda önə keçsə də, slovaklar əlavə olunmuş vaxtda Kapralikin qolu ilə məğlubiyyətdən xilas olublar. Son dəqiqələrdə Marçelli qələbə qolunu vura bilərdi, lakin “Sabah”ın qapıçısı Stas Pokatilov buna imkan verməyib. Artıq B Liqasına yüksəlməyi təmin edən Slovakiya qrupu lider kimi başa vurub.

Bu qrupda ikinci yer uğrunda mübarizədə Farer adaları Moldovanı 1:0 hesabı ilə məğlub edib. Samuel­senin qolu meydan sahiblərinə 8 xalla ikinci pilləyə yüksəlmək imkanı verib. Farer adaları B Liqasına vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.

C Liqasının 4-cü qrupunda İslandiya Lüksemburqu 3:0 hesabı ilə darmadağın edib. Villumsson 25-ci dəqiqədə hesabı açıb, Andri Qudyonssen fasilə ərəfəsində penaltini dəqiq yerinə yetirib. Ellertsson isə ikinci hissənin əvvəlində yekun nəticəni müəyyənləşdirib.

Estoniya isə Bolqarıstana 2:1 hesabı ilə qalib gəlib. Kristal 8-ci dəqiqədə meydan sahiblərini önə çıxarsa da, Kovaçev fasilə ərəfəsində tarazlığı bərpa edib. 60-cı dəqiqədə Paulmetsin qolu estonlara qələbə qazandırıb. Artıq pley-offa vəsiqəni təmin etmiş Estoniya bu nəticə ilə qrup mərhələsini başa vurub.

D Liqasının 2-ci qrupunda isə Litva səfərdə Lixtenşteyni 2:1 hesabı ilə üstələyib. Yankausskas ilk hissədə hesabı açıb, Ruzgis fasilədən sonra penaltidən fərqlənib. Zele meydan sahiblərinin yeganə qolunu vursa da, Litva qələbəni qoruyub.

UEFA Millətlər Liqası

C Liqası, 6-cı tur

3-cü qrup

Qazaxıstan – Slovakiya 2:2

Çesnokov, 29, Voroqovski, 65 – Bojenik, 56, Kapralik, 90+5

Farer adaları – Moldova 1:0

Samuel­sen, 24

№KomandaOQHMTX
1Slovakiya633013:612
2Farer adaları61508:78
3Moldova62135:107
4Qazaxıstan60338:113

4-cü qrup

Estoniya – Bolqarıstan 2:1

Kristal, 8, Paulmets, 60 – Kovaçev, 45+1

İslandiya – Lüksemburq 3:0

Villumsson, 25, Andri Qudyonssen, 37 (pen.), Ellertsson, 50

№KomandaOQHMTX
1İslandiya642015:114
2Estoniya63305:212
3Bolqarıstan61144:124
4Lüksemburq61052:113

D Liqası, 6-cı tur

2-ci qrup

Litva – Lixtenşteyn – 2:1

Yankausskas, 16, Ruzgis, 50 (pen.) – Zele, 60

№KomandaOQHMTX
1Azərbaycan42203:18
2Litva42115:37
3Lixtenşteyn40131:51
Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09