İngiltərə millisinin 32 yaşlı qapıçısı Cordan Pikford dünya çempionatlarının tarixinə düşüb. Təcrübəli qolkiper mundiallarda ən çox oyun keçirən ingilis futbolçu ünvanına yiyələnib.
Norveçə qarşı 1/4 final matçında meydana çıxan Pikford, dünya çempionatlarındakı oyunlarının sayını 18-ə çatdıraraq əfsanəvi Piter Şiltonu (17 matç) geridə qoyub.
Mundialda debütünü DÇ-2018-də (7 oyun) gerçəkləşdirən 32 yaşlı qapıçı, DÇ-2022-də 5 matçda çərçivəni qoruyub. Təcrübəli qolkiper cari turnirdə də millinin keçirdiyi bütün (6) oyunlarda start heyətində yer alıb.
Xatırladaq ki, mundiallar tarixinin mutləq rekordu 31 matçla argentinalı ulduz Lionel Messiyə məxsusdur.
İngiltərə millisinin dünya çempionatlarında ən çox oyun keçirən futbolçuları:
1. Cordan Pikford – 18
2. Piter Şilton – 17
3. Harri Keyn – 17
4. Con Stouns – 16
5. Markus Reşford – 15
6. Bobbi Çarlton – 14
7. Terri Butçer – 14
8. Bobbi Mur – 14
9. Eşli Koul – 14 10. Devid Bekhem – 13