PFL Dünya Liqalar Assosiasiyasına üzv qəbul edilib

25.05.26 | 13:53

Azərbaycanın Peşəkar Futbol Liqası (PFL) dünyanın ən nüfuzlu futbol təşkilatlarından biri olan Dünya Liqalar Assosiasiyasının (WLA) tamhüquqlu üzvü seçilib.

PFL-in prezidenti Elxan Səmədov ilə WLA-nın baş katibi Jerom Perlemuter arasında keçirilən onlayn görüşdə əməkdaşlıq perspektivləri və gələcək inkişaf strategiyaları müzakirə olunub.

Beynəlxalq etiraf WLA-nın baş katibi Jerom Perlemuter PFL-in idarəetmə və uzunmüddətli inkişaf yoluna sadiqliyini yüksək qiymətləndirib: “Azərbaycanın Peşəkar Futbol Liqasını sıralarımızda görməkdən məmnunuq. PFL peşəkar futbolun inkişafına göstərdiyi səmərəli yanaşma ilə seçilir. Əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi apararaq, liqanın beynəlxalq əlaqələrini genişləndirməyə hazırıq”.

PFL prezidenti Elxan Səmədov bu üzvlüyün ölkə futbolunun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu, Azərbaycan futbolu üçün mühüm bir mərhələdir. Dünya Liqalar Assosiasiyasının bir hissəsi olmaqla, biz dünyanın aparıcı liqalarının təcrübəsini öyrənəcək, idarəetmə və kommersiya sahəsindəki yenilikləri tətbiq edəcəyik. İnanırıq ki, bu tərəfdaşlıq yerli futbolun dayanıqlı inkişafına ciddi töhfə verəcək”.

2016-cı ildə təsis edilmiş WLA 50-yə yaxın peşəkar liqanı və 1100-dən çox klubu təmsil edir. Assosiasiyaya Avropanın “Böyük beşlik” liqaları (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) daxildir. Postsovet məkanından isə quruma yalnız Ukrayna, Özbəkistan və Latviya liqaları üzv idi.

Üzvlük PFL-ə idarəetmə, klubların lisenziyalaşdırılması, infrastruktur, oyunçu münasibətləri və kommersiya sahələrində beynəlxalq standartlara çıxış imkanı verir.

Sonda qeyd edək ki, noyabr ayında Praqada keçiriləcək Dünya Liqalar Assosiasiyasının Baş Assambleyası və seçkilərinə dəvət alan Elxan Səmədov, bununla da qlobal futbolun idarəetmə proseslərində yaxından iştirak edəcək.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24