Serbiyanın “Partizan” klubu uzun müddətdir axtardığı sol cinah müdafiəçisini Azərbaycanda tapıb. Belqrad təmsilçisi “Qarabağ”ın və milli komandamızın üzvü Elvin Cəfərquliyevi hədəfə alıb.
Serbiyanın “Sportissimo Republika” portalının yaydığı məlumata görə, “Partizan” rəhbərliyi bir neçə aydır ki, 25 yaşlı müdafiəçinin transferi imkanlarını nəzərdən keçirir. Xəbərdə Belqrad klubunun etibarlı müdafiə xətti qurmaq üçün Elvini ideal namizəd hesab etdiyi bildirilir.
Keçidlə bağlı rəsmi danışıqların başlayıb-başlamadığı isə hələlik dəqiqləşməyib.