UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Nyu Seints” – “Sabah” matçının ölkəmizdəki canlı yayımı böyük sual altındadır.
Buna səbəb Uels çempionunun yayım hüquqlarını Avropa şirkətlərindən birinə satmasıdır. Həmin şirkət renders siqnalının ötürülməsi üçün Azərbaycan tərəfindən 110 000 manat tələb edir. Turnirin bu mərhələsi üçün bu məbləğ həddindən artıq yüksək və absurddur. Çünki adətən belə mərhələlərdə klublar siqnalları ya barter əsasında dəyişirlər, ya da qiymətlər 6 000 manatdan başlayır.
Maraqlıdır ki, bu komandalar arasında Bakıda baş tutan ilk matç Böyük Britaniyada maraq olmaması səbəbindən ümumiyyətlə yayımlammamışdır.
Qeyd edək ki, “Nyu-Seints” – “Sabah” qarşılaşması sabah Ozuestri şəhərindəki “Park Holl” stadionunda keçiriləcək və saat 21:30-da başlanacaq.
Bənzer yayım probleminin “Qarabağ”ın İlandiyada “Vestri”yə qarşı keçirəcəyi cavab matçında da yaşana biləcəyi istisna olunmur.