Norveçin “Vikinq” klubu son turda “Volerenqa”nı böyük hesabla məğlub edərək (5:1) turnir cədvəlində Çempionlar Liqasının əsas mərhələsinin iştirakçısı “Bude Qlimt”i bir xal qabaqlayaraq ölkə çempionu olub. Oyun baş çatan kimi qələbə münasibətiylə sevimlilərini təbrik edən 17 min azarkeş meydana axışıb. Bu vikinqlərin son 34 ildə ölkənin yüksək liqasında ilk çempionluq tituludur. 100 min əhalisi olan Stavanger şəhəri təmsilçisinin yeni mövsümdə ÇL-də çempionumuzla yolunun kəsişəcəyi istisna olunmur.