Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkənin müxtəlif yaş qrupları üzrə yığmalarına yeni baş məşqçilərin təyin olunması istiqamətində işləri davam etdirir.
Əldə olunan yeni məlumata görə, U-15 milli komandasının baş məşqçisi sabiq Azərbaycan millisinin kapitanı Rail Məlikov olacaq.
U-19 yığmasının isə böyük ehtimalla Elgiz Kərəmliyə tapşırılacağı gözlənilir. Kərəmli ötən mövsüm “Şəfa”nı Azərbaycan Premyer Liqasına çıxarıb.
AFFA-nın texniki direktoru, niderlandlı mütəxəssis Edmond Klauss yaxın zamanda digər yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə bağlı da qərarını verəcək.