Nicat Abasov Avropa çempionatında zirvəni ələ keçirdi

17.04.26 | 00:21
Digər növlər

Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatı həlledici mərhələyə qədəm qoyur. Dünya Kubokuna vəsiqə qazanmaq uğrunda mübarizə aparan zəka sahiblərimiz növbəti turda uğurlu nəticələrlə yadda qalıblar.

Turnirin doqquzuncu turu Azərbaycan təmsilçiləri üçün ümumilikdə məhsuldar keçib. Təmsilçilərimizdən Nicat Abasov, Məhəmməd Muradlı, Elşad Babazadə, çingiz Aslanov və qadın şahmatçımız Gövhər Beydullayeva rəqiblərini məğlub edərək aktivlərinə növbəti xalları yazdırıblar. Aydın Süleymanlı, Vüqar Manafov, İsmayıl Vəliyev, Abdulla Talıbov, Read Səmədov və Daniz Zuqanov turu heç-heçə ilə başa vurublar. Turun maraqlı qarşılaşmalarından biri iki həmyerlimiz arasında baş tutub. Əhməd Əhmədzadə Sənan Süleymanlı ilə görüşdən qalib ayrılmağı bacarıb.

Doqquz turdan sonra Azərbaycan şahmatçıları arasında ən yüksək göstərici Nicat Abasova məxsusdur. Aktivində 7,5 xal olan Abasov hazırda turnir cədvəlinin təkbaşına lideridir. Digər ümidverici nəticə isə 7 xalla 4-cü pillədə qərarlaşan Aydın Süleymanlıya məxsusdur. Hər iki şahmatçımız qitə birinciliyinin medalları və Dünya Kubokuna vəsiqə üçün real şanslarını qoruyurlar.

Ümumilikdə 11 turdan ibarət olan Avropa çempionatı aprelin 19-da yekunlaşacaq.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41