Braziliya millisinin DÇ-2026-da 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra “Santos”a qayıdan ulduz futbolçu komandasının Kopa Sudamerikana çərçivəsində Venesuelada keçirilən səfər oyununda iştirak etməyib. O, qərarını fiziki durumunu bərpa etmək istəyi ilə əsaslandırıb.
Lakin elə həmin gün San-Pauluda keçirilən poker turnirində 34 yaşlı hücumçunun əylənərkən çəkilmiş görüntüləri yayılıb. Bu olayı azarkeşlərin ciddi narazılığına səbəb olub. Onlar futbolçunu mövsümün gərgin dönəmində komandaya deyil, şəxsi əyləncəsinə üstünlük verməkdə ittiham ediblər.