Qadın futbolu üzrə ölkə çempionu “Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində uğurlu addım atıb. Bakı təmsilçisi yarımfinal qarşılaşmasında Monteneqronun “Buduçnost” klubu ilə üz-üzə gəlib.
Yunanıstanın Veriya şəhərində keçirilən görüşün əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penalti seriyasında daha dəqiq oynayan (4:3) “flaqman” qələbəni bayram edib.
Bu nəticə ilə “Neftçi” 2-ci təsnifat mərhələsinə vəsiqə uğrunda final oyununda mübarizə aparmaq hüququ qazanıb. Komandamızın rəqibi PAOК (Yunanıstan) – “Hapoel” (Qüds, İsrail) cütünün qalibi olacaq.