Neymar karyerasını bitirir?

09.07.26 | 02:21
Dünya futbolu

Braziliya futbolunun ulduzu Neymarla bağlı gözlənilməz xəbər yayılıb. UOL portalının məlumatına görə, 34 yaşlı hücumçu peşəkar karyerasını başa vurmağı nəzərdən keçirir.

Braziliya millisinin DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmasından sonra Neymar “sambaçılar”ın heyətində son matçına çıxdığı iddia edilirdi. Lakin UOL-un yaydığı son məlumatlar məsələnin daha ciddi olduğunu göstərir.

Xəbərdə bildirilir ki, hücumçunun yaxın ətrafı onun artıq böyük futboldan yorulduğunun fərqindədir: “Hələ Dünya Çempionatından əvvəl Neymarın yaxın çevrəsi onun futboldan doyduğunu bilirdi. Bunda təzyiqlər və mətbuatla gərgin münasibətlər də az rol oynamayıb.”

Mənbələrin verdiyi məlumata görə, təcrübəli forvard gələcəyi ilə bağlı yekun qərarını gələn həftələrdə verəcək. Hazırda masada üç əsas ssenari var: böyük futbolla tamamilə vidalaşmaq, təzyiqin daha az olduğu bir kluba keçmək və ya mövcud müqaviləsinin sonuna qədər komandada qalmaq.

34 yaşlı ulduzun “Santos”la olan müqaviləsi bu ilin dekabrında başa çatır. Neymar Braziliya milli komandasının heyətində keçirdiyi 130 matçda 80 qol və 58 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş:

Xəbər Lenti

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57