UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi bəlli olub. İlk mərhələnin cavab görüşündə Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşan Minsk “Dinamo”su mərhələni penaltilər seriyasında adlayıb.
Səfər matçının əsas vaxtında 1:0 hesablı qələbə qazanan Belarus təmsilçisi hesabda tarazlığı bərpa edib. Qonaqların heyətində 16-cı dəqiqədə Yevgeni Malaşeviç fərqlənib. İlk oyunda “Sileks” rəqibini eyni hesabla məğlub etdiyi üçün qalibi müəyyənləşdirmək məqsədilə 15 dəqiqəlik iki əlavə hissə oynanılıb.
Əlavə vaxtda qol vurulmadığından, matçın taleyi penaltilər seriyasında həll olunub. “Dinamo” futbolçuları 11 metrlik cərimə zərbələrində daha dəqiq yerinə yetirərək, növbəti mərhələyə yüksəliblər.