«Neftçi» heyətində dəyişiklik edib. Paytaxt təmsilçisi 20 yaşlı vinger Murad Məmmədovla yollarını ayırıb.
Klubun rəsmi saytının məlumatına görə, «ağ-qaralar»ın yetirməsi bundan sonra karyerasını Kipr «Pafos»da davam etdirəcək.
Qeyd edək ki, «Neftçi»nin əsas komandasında forma geyindiyi müddətdə Murad Məmmədov üst-üstə 41 oyunda meydana çıxıb və 4 qol vurub.