“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubuna qarşı keçirəcəyi cavab oyunu üçün səfər qrafiki açıqlanıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, “ağ-qaralar” iyulun 29-da səhər saatlarında Bolqarıstana yola düşəcək. Həmin gün saat 19:30-da baş məşqçi Yuri Vernıdubun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Saat 20:00-da isə komandanın media üçün açıq olan oyunöncəsi son məşqi baş tutacaq.
“Dinamo” (Minsk) – “Neftçi” qarşılaşması iyulun 30-da Stara Zaqora şəhərindəki “Beroe Siti” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:4 hesabı ilə məğlub olan Paytaxt təmsilçisini səfərdə çətin sınaq gözləyir.
Səfər matçında komandanı tribunadan dəstəkləmək istəyən azərbaycanlı azarkeşlər tərəfindən kluba hələlik hər hansı müraciət daxil olmayıb.