“Neftçi”dən Yevlaxda inamlı qələbə

05.05.26 | 18:59

Premyer Liqanın 30-cu turu Yevlaxda baş tutan qarşılaşma ilə yekunlaşıb. Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan, lakin hər iki komanda üçün həyati əhəmiyyət daşıyan matçda “Karvan-Yevlax” doğma meydanda “Neftçi”ni qəbul edib.

Qarşılaşma öncəsi komandaların motivasiyası bəlli idi. “Kəpəz” və “Şamaxı” üzərindəki ardıcıl qələbələrdən sonra elitada qalmaq ümidlərini bərpa edən yevlaxlılar üçün hər xal “hava-su” kimi vacib idi. Xüsusilə də, növbəti turda “Qəbələ” ilə gözlənilən həlledici matç ərəfəsində meydan sahibləri xal itkisi istəmirdi.

Digər cəbhədə isə hədəf daha qlobal idi. “Qarabağ” üzərindəki 2:1 hesablı qələbədən sonra 4-cü pillədə qərarlaşan “Neftçi” üçün əsas hədəf mövqeyini möhkəmlətmək idi. Ölkə kubokunun “Sabah” tərəfindən qazanılacağı təqdirdə bu mövqeyin Konfrans Liqasına qapı açması Yuri Vernidubun komandasının məsuliyyətini və oyuna konsentrasiyasını maksimuma çatdırmışdı.

İlk dəqiqələrdən təşəbbüsü ələ alan “Neftçi” topa nəzarət etsə də, “Karvan-Yevlax”ın qurduğu sıx müdafiə xəttini yarmaqda çətinlik çəkirdi. Hətta matçın debütündə hesabı açmaq şansı əldə edən tərəf məhz meydan sahibləri oldu. Lakin Coy-Sleyd Mikkelsin təhlükəli zərbəsi zamanı qapıçı Emil Balayev inamlı oyunu ilə komandasını qoldan xilas etdi.

Bu xəbərdarlıqdan sonra təzyiqi daha da artıran paytaxt təmsilçisi hissənin sonuna yaxın istəyinə çatdı. 31-ci dəqiqədə təşkil edilən sürətli əks-hücum zamanı cinah asmasını İmad Faraj dəqiq zərbə ilə tamamlayaraq “Neftçi”ni önə keçirdi.

İkinci hissəyə də aktiv başlayan qonaqlar üstünlüklərini tez bir zamanda rəsmiləşdirdilər. 50-ci dəqiqədə Eltun Turabovun öz cərimə meydançasında topa əllə oynamasından sonra hakim penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan kapitan Emin Mahmudov soyuqqanlılıqla fərqi iki topa çatdırdı.

Buraxılan qollardan sonra pərən-pərən düşən “Karvan-Yevlax” müdafiəsi 57-ci dəqiqədə matçın ən baxımlı qoluna şahidlik etdi. Freddi Varqas rəqib qapıçını ustalıqla geridə qoyaraq, topu dabanla tora göndərdi və yekun hesabı müəyyənləşdirdi.

Bu inamlı qələbə sayəsində xal ehtiyatını 50-yə yüksəldən “Neftçi” 4-cü pillədəki yerini daha da möhkəmləndirdi. Yevlax təmsilçisi isə 14 xalla cədvəlin sonuncu pilləsində qalaraq, elitada qalmaq şanslarını minimuma endirib.

KARVAN-YEVLAX – NEFTÇİ 0:3 (0:1)

Qollar: Faraj, 31 (0:1), Mahmudov, 50-pen. (0:2), Varqas, 57 (0:3)

Baş hakim: Rauf Cabbarov.

Karvan-Yevlax: Pedro Mateuş, Vadim Abdullayev (k), Eltun Turabov, Vüsal Məsimov, Rauf Rüstəmli, Emin Rüstəmov, Coy-Sleyd Mikkels (Samir Abdullayev, 71), Şakil Sno, Kayl Spens (Samuel Dürrant, 71), Peter Kinqs (Uğur Cahangirov, 55), İmani Barker (Moyze Ngvisani, 55).

Neftçi: Emil Balayev, Emin Mahmudov (k) (Marat Salyanski, 80), Elvin Bədəlov (Murad Xaçayev, 69), Emil Səfərov, Falaye Sako, İqor Ribeyro, İfeanyi Metyu (Elvin Camalov, 64), Breno Almeyda, İmad Faraj, Freddi Varqas (Bassalu Sambu, 64), Luis Ortis.

Sarı vərəqələr: Ortis, 4. Turabov, 79. Faraj, 81.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41