“Neftçi” yay transfer pəncərəsində növbəti addımını atmağa hazırlaşır. Paytaxt təmsilçisi Yunanıstanın “Larisa” klubunun hücumçusu Lyubomir Tupta ilə razılıq əldə edib. Slovakiya millisinin 28 yaşlı mərkəz hücumçusunun yaxın günlərdə müqavilə imzalamaq üçün Bakıya gələcəyi gözlənilir. Qeyd edək ki, onun Yunanıstan klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.
Karyerası ərzində İtaliyanın “Verona”, “Askoli”, Polşanın “Visla”, İsveçrənin “Sion” və Çexiyanın “Slovan” (Liberets) kimi klublarında çıxış edən Tupta, Slovakiya yığmasının heyətində 21 oyun keçirib.