“Narıncı kabus”: Niderlandın bitmək bilməyən penalti lənəti

30.06.26 | 14:00
Dünya futbolu

Niderlandın millisinin penalti seriyalarındakı uğursuzluq zolağı davam edir. Monterreydə Mərakeşə qarşı keçirilən son matç, “narıncılar”ın 1992-ci ildən bəri dünya və Avropa çempionatlarında penalti seriyasında aldığı ardıcıl 7-ci məğlubiyyət oldu.

Dünya çempionatının 1/16 final mərhələsində Mərakeşlə qarşılaşan Niderland, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyundan sonra penaltilərdə 2:3 hesabı ilə uduzaraq turnirlə vaxtından əvvəl vidalaşdı. Bu məğlubiyyət, komandanın böyük turnirlərdəki köhnə yarasını yenidən qanatdı.

Tarixi uğursuzluğun xronologiyası

İlk seriya (Avro-92): “Narıncılar”ın böyük turnirlərdəki ilk penalti dramı 34 il əvvələ, Danimarka ilə Avro-1992-nin yarımfinalına təsadüf edib. Hazırkı baş məşqçi Ronald Kumanın zərbəsi dəqiq olsa da, əfsanəvi Marko van Bastenin qaçırdığı penalti komandanı turnirdən kənarda qoydu (4:5).

Ardıcıl uğursuzluqlar: “Narıncılar” 1992-2000-ci illər aralığında qatıldıqları ardıcıl üç Avropa çempionatının hər birində məhz penaltilərlə turnirdən kənarlaşdırılıblar. Avro-1996-nın 1/4 finalında Fransaya uduzan Niderland millisində bu gün Mərakeşlə matçdakı uğursuzluğu ilə diqqət çəkən Jüstin Klüivertın atası – Patrik Klüivertin zərbəsi dəqiq olmamışdı. Ev sahibliyi etdikləri Avro-2000-in yarımfinalındakı İtaliya dramında isə oyunsonu penaltilərdə Patrik Klüivertdan başqa heç bir Niderland futbolçusu toru silkələyə bilmədi.

Dünya çempionatlarındakı dram: Dünya çempionatları tarixində isə ilk analoji məğlubiyyət DÇ-1998-in yarımfinalında Braziliyaya qarşı oyunda (2:4) qeydə alınıb. Daha sonra komanda DÇ-2014-ün yarımfinalında, DÇ-2022-nin 1/4 finalında penaltilər seriyasında Argentinaya boyun əyib.

Mərakeşə uduzmaqla Niderland dünya çempionatlarında 4-cü, Avropa çempionatları da daxil olmaqla isə ümumilikdə 7-ci penalti məğlubiyyətini yaşadı. Maraqlıdır ki, Mərakeş penaltilərdə Niderlandı üstələyən ilk Afrika təmsilçisi oldu. Mərakeşlilər dörd il əvvəl Qətərdə keçirilən DÇ-2022-nin 1/8 finalında da İspaniyanı penaltilərdə 3:0 hesabı ilə keçərək pley-offa uğurlu start vermişdilər.

Niderland millisi bu qara zolaq fonunda tarixi boyu yalnız iki dəfə penalti seriyasından qalib ayrıla bilib:

1. Avro-2004 (1/4 final) İsveçə 5:4

2. DÇ-2014 (1/4 final) Kosta-Rikaya 4:3

Turnir                                   Mərhələ                                Oyun                                                     Hesab               Penalti 

Avro-1992                           Yarımfinal                              Niderland – Danimarka                   2:2                     4:5

Avro-1996                           1/4 final                                 Niderland – Fransa                           0:0                      4:5

DÇ-1998                               Yarımfinal                              Niderland – Braziliya                        1:1                      2:4

Avro-2000                           Yarımfinal                              Niderland – İtaliya                             0:0                      1:3

DÇ-2014                               Yarımfinal                              Niderland – Argentina                     0:0                      2:4

DÇ-2022                               1/4 final                                 Niderland – Argentina                     2:2                      3:4

DÇ-2026                               1/16 final                               Niderland – Mərakeş                       1:1                      2:3

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46