“Napoli” oyunçuları Konteyə torba tikir

10.11.25 | 22:21
Dünya futbolu

Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın növbəti rəqibi “Napoli”nin keçmiş oyunçusu Roberto Sosa komandanın  “Bolonya”ya uduzmasına (0:2) reaksiya verib. Xatırladaq ki, məğlubiyyət “Roma” və “İnter”in turnir cədvəlində “Napoli”ni geridə qoymasına səbəb olub. Ümumiyyətlə, Antonio Kontenin yetirmələri bütün turinlərdə keçirdikləri son beş oyunun yalnız ikisində qələbə qazanıblar və son üç oyunda hətta qol vura bilməyiblər.
Sosa “La Partita dei campioni” verilişində neapolluların məğlubiyyətini şərh edərkən futbolçuların Kontedən canlarını qurtarmaq isdədiklərini deyib: “Bu, oyunçuların məşqçidən yaxa qurtarmaq istədiyi tipik bir matç idi. Onlar iki qol fərqi ilə uduzsalar da, özlərini cox sakit aparır və heç əsəbiləşmirdilər. Bunu əvvəllər başqa komandalar barəsində də demişəm, indi isə “Napoli” haqqında deməliyəm”.
Onu da deyək ki, Sosa 2004-2008-ci illər aralığında “Napoli”nin formasını geyinib və 131 oyunda 30 qol vurub.
Bu arada italyan jurnalisti Matteo Moretto bildirib ki, Konte “Napoli”dən gedə bilər. Mənbənin məlumatına görə, 56 yaşlı italiyalı mütəxəssis noyabrın 10-da klub rəhbərliyi ilə görüşəcək. Görüşdə tərəflər əməkdaşlığı davam etdirib-etdirməmək məsələsini müzakirə edəcəklər.Konte 2024-cü ilin yayından “Napoli”yə rəhbərlik edir. Ötən mövsüm komanda onun rəhbərliyi altında İtaliya çempionluğunu qazanıb.  

Paylaş:

Xəbər Lenti

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20