Mundialın reqlament dəyişdi: Qrup mərhələsində 20 illik qayda ləğv edildi

08.06.26 | 14:32
Dünya futbolu

FİFA 2026-cı ildə keçiriləcək DÇ üçün qrup mərhələsinin reqlamentində mühüm dəyişikliklər edib. 2006-cı ildən bəri ilk dəfə olaraq, komandaların xalları bərabər olduqda, qrupdakı yekun sıralamanı top fərqi müəyyən etməyəcək. Lakin bu meyar öz vacibliyini tam olaraq itirməyib.

2010-cu ildən etibarən ardıcıl 4 mundialda qrupda xallar bərabər olduqda, mövqelər vurulan və buraxılan topların fərqinə görə müəyyənləşirdi. Qarşıdan gələn mundialda isə əsas prioritet komandaların şəxsi görüşlərindəki (öz aralarındakı matçlardakı) nəticələrinə veriləcək. Top fərqi isə yalnız o halda həlledici amilə çevriləcək ki, həm xallar bərabər olsun, həm də tərəflər arasındakı duel heç-heçə başa çatsın.

Bununla belə, vurulan və buraxılan topların fərqinin taleyüklü olacağı başqa bir məqam da var. Qruplarını üçüncü pillədə başa vuran komandalar üçün bu göstərici “kiçik cədvəl”in tərtibində həlledici rol oynayacaq. Reqlamentə əsasən, qruplarda üçüncü yeri tutan 12 komandadan ən yaxşı nəticə göstərən 8-i 1/16 finala vəsiqə qazanacaq. Pley-offa çıxanları müəyyənləşdirərkən ilk növbədə toplanan xallara, daha sonra isə top fərqinə baxılacaq.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46