Mundialdakı uğur kölgədə qaldı: Argentina futbolunda böyük qalmaqal

08.07.26 | 16:56
Dünya futbolu

Argentina yığmasının mundialdakı çıxışı fonunda Federal Təhqiqat Bürosu (FTB) ölkənin Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayıb. Qurum rəhbərliyinin çirkli pulların yuyulmasında əli ola biləcəyinə dair ciddi şübhələr var.

Argentina yığması hakim qərarları ilə bağlı mübahisəli məqamlara baxmayaraq, Dünya Çempionatının 1/4 finalına vəsiqə qazanıb. Lakin hazırda yerli federasiyanı narahat edən əsas məsələ bu deyil.

Argentina Futbol Assosiasiyası ABŞ hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. FTB və ABŞ Ədliyyə Nazirliyinin prokurorları qurumun beynəlxalq maliyyə əməliyyatları ilə bağlı ilkin təhqiqata start verib.

Xarici mətbuatın məlumatına görə, müstəntiqlər ABŞ bankları və şirkətləri vasitəsilə həyata keçirilən pul köçürmələrini araşdırırlar. Məlumata görə, bu əməliyyatlar çərçivəsində çirkli pulların yuyulması kimi maliyyə cinayətlərinə yol verilmiş ola bilər. Qeyd olunur ki, qalmaqalda argentinadan olan biznesmen Gilyermo Tofoninin də adı hallanır. O, artıq iki saat davam edən dindirilməyə cəlb olunub.

Qeyri-rəsmi mənbələr təhqiqatın ümumi dəyəri 300 milyon dollardan çox olan əməliyyatları əhatə etdiyini bildirir. Hazırda ilkin mərhələdə olan proses çərçivəsində müstəntiqlər sübutlar toplamaqda davam edirlər.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09