Mundialda gözlənilməz ssenari: Kobud səhvlər, tarixi qol və son anadək bitməyən mübarizə

22.06.26 | 07:41
Dünya futbolu

DÇ-2026 futbolsevərlərə növbəti dramatik gecəni bəxş etdi. H qrupunun II turu çərçivəsində baş tutan Uruqvay – Kabo-Verde qarşılaşması, turnirin indiyədək keçirilən ən gərgin və dramatik oyunlarından biri oldu. Son saniyəyədək səngimyən mübarizə, kobud səhvlər və yekunda vurulan tarixi qol, matçı tam mənası ilə unudulmaz etdi.

İlk turda Səudiyyə Ərəbistanı ilə heç-heçə edən Uruqvay, İspaniyadan xal qoparmaqla (0:0) sensasiya yaradan Kabo-Verde ilə matça favorit qismində çıxmışdı. FİFA reytinqində rəqibindən 51 pillə irəlidə olan (16-cı yerə qarşı 67-ci yer) cənubi amerikalılar ilk dəqiqələrdən təzyiqi artırmağa çalışırdılar. 14-cü dəqiqədə Federiko Valverdenin əks-hücumda vurduğu qeyri-dəqiq zərbə sanki qarşıdakı təhlükənin xəbərçisi idi.

Lakin hesabı “ada sakini” olan debütantlar açdı. 21-ci dəqiqədə Rodriqo Bentankurun öz cərimə meydançasının yaxınlığında Arkanjuya qarşı qayda pozuntusundan sonra topun başına Kevin Lenini keçdi. “Krasnodar”ın yarımmüdafiəçisinin mükəmməl zərbəsi Maksimiliano Arauxo və Vinyasın qurduğu “canlı səddi” yararaq Musleranın qoruduğu qapının sağ küncündə toru silkələdi — 0:1!

Bu qol Kabo-Verdenin Dünya Çempionatları tarihindəki ilk qolu kimi qeydə alındı. Üstəlik, afrikalılar 1966-cı ildən bəri mundialda özünün ilk qolunu birbaşa cərimə zərbəsindən vuran ilk komanda olaraq dünya futbolu tarixinə düşdülər.

Qoldan sonra Uruqvayın lideri Valverde uzaq məsafəli zərbələrlə bəxtini sınasa da, Kabo-Verdenin müdafiə xətti etibarlı təsir bağışlayırdı. Hətta 38-ci dəqiqədə “Akron”un hücumçusu Benşimolun fəallığı fonunda afrikalılar hesabı ikiyə çatdırmağa yaxın idilər, lakin qapıçı Muslera təhlükəni sovuşdurdu.

Buna baxmayaraq, ilk hissənin son saniyələri Uruqvayın tam üstünlüyü ilə yadda qaldı. 44-cü dəqiqədə Manuel Uqartenin cinah ötürməsindən sonra Kabral uğursuz oynayaraq topu öz qapı dirəyinə vurdu. Qayıdan topu isə Maksimiliano Arauxo qapıçı Vozinyanı çarəsiz qoyaraq tamamladı — 1:1.

Bu qoldan özünə gələ bilməyən afrikalılar birinci hissəyə artırılan 5-ci dəqiqədə ikinci zərbəni aldılar. Yenə Uqartenin dərindən ötürməsi, Arauxonun başla sağa qazandırdığı top və Aqustin Kanobbionun yıxılaraq etdiyi dəqiq vuruş Uruqvayı fasiləyə önündə apardı — 2:1.

İkinci hissədə əksər azarkeşlər daha təcrübəli Uruqvayın hesabı qoruyacağını və ya fərqi artıracağını gözləyirdi. Lakin 61-ci dəqiqədə meydanda əsl şok yaşandı. Oliveranın Kaseresə verdiyi uğursuz eninə ötürmə uruqvaylıların müdafiəsində “yanğın” yaratdı. Cərimə meydançasını tərk edərək irəli çıxan Fernando Muslera topa çata bilmədi. Oyuna yenicə daxil olmuş Elio Varela isə bu hədiyyəni boşa verməyərək topu boş qapıya göndərdi — 2:2.

Matçın son yarım saatı qarşılıqlı hücumlar və əsl sinir savaşı şəraitində keçdi. Hər iki komanda qələbə qolunu vurmaq üçün sonadək vuruşsa da, hesab dəyişməz qaldı. Baş hakim Espen Eskosun son fiti döyüşkən heç-heçəni rəsmiləşdirdi.

H qrupunda ikinci turdan sonra vəziyyət maksimum dərəcədə gərginləşib. İspaniya 4 xalla liderdir və de-fakto pley-off mərhələsinə vəsiqəni təmin edib. Hesabında 2 xal olan Uruqvay və Kabo-Verde 2-3-cü yerləri bölüşdürürlər. Səudiyyə Ərəbistanı isə 1 xalla sonuncudur. Hər üç komandanın 1/16 finala yüksəlmək şansı qalır.

Uruqvay üçün vəziyyət daha təhlükəlidir, çünki Marselo Bielsanın yetirmələri son turda qrupun favoriti İspaniya ilə qarşılaşacaq. Tarix yazmağa davam edən Kabo-Verde isə pley-off yolunda Səudiyyə Ərəbistanını sınağa çəkəcək. Qrupun taleyinə iyunun 27-də keçiriləcək matçlarda aydınlıq gələcək.

Dünya kuboku. H qrupu. 2-ci tur

Uruqvay – Kabo-Verde 2:2

Qollar: Arauxo, 44, Kanobbio, 45+5 — Pina (Lenini), 21, Varela, 61

Baş hakim: Espen Eskos (Norveç)

Uruqvay: Muslera, Varela, Kaseres, Olivera, Sanabriya, Arauxo Vilçes (Rodriqes, 81), Valverde, Bentankur, Uqarte (De La Krus, 71), Kanobbio, Vinyas (Nunyes, 71)

Kabo-Verde: Vozinya, Moreyra, Lopes, Borjeş, Kabral, Mendeş, Lenini (Duarte, 46), Arkanju, Rodriqeş (Varela, 58), Monteyru (Semedu, 80), Benşimol (Da Koşta, 58)

Xəbərdarlıqlar: Bentankur, 20, Olivera, 57 — Lopes Kabral, 5, Borjeş, 90+4

Stadion: Hard Rok (Mayami)

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26