Misir yığmasının həkimlər heyəti nəhayət ki, Məhəmməd Salahın səhhətində problem olduğunu rəsmən təsdiqləyib. Bu narahatlıq doğuran açıqlama DÇ-nin 1/16 final mərhələsinin başlamasına sayılı günlər qalmış səsləndirilib.
Xatırladaq ki, ulduz futbolçu qrup mərhələsinin son turunda İranla matçın (1:1) 57-ci dəqiqəsində zədələnərək meydanı tərk etməli olmuşdu. Misir Futbol Assosiasiyasının yaydığı rəsmi bəyanatda kapitanın zədə səbəbindən problem yaşadığı bildirilsə də, onun 1/16 finalda meydana çıxacağı barədə dəqiq məlumat verilməyib.
Komandada digər itkilər də var: Əhməd Futuhun da pley-off oyunundakı iştirakı şübhə altındadır, zədəli olan digər oyunçu Məhəmməd Əbdülmunem isə fərdi proqramla qarşıdakı matça hazırlaşır.
Misir yığması 1/16 finalda Avstraliya ilə qarşılaşacaq. Görüş iyulun 3-də baş tutacaq.