Azərbaycan Ukrayna ilə heç-heçə oynadı

09.09.25 | 11:45
Ölkə futbolu

Emin Mahmudov millidə ən çox qol vuran oyunçu oldu

İlk oyunda İslandiyaya böyük hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Fernandu Santuşu müvəqqəti əvəzləyən Ayxan Abbasov İslandiya ilə oyunla müqayisədə start heyətdə ciddi dəyişiklik edib. Ötən həftə start heyətdə olan dörd futbolçu  – Rəhman Daşdəmirov, Abbas Hüseynov, Səbuhi Abdullazadə və İsmayıl İbrahimli bu dəfə ilk 11-likdə çıxmadı. Nəriman Axundzadə isə zədə üzündən millinin düşərgəsini tərk edib. Əvəzində Anton Krivatsyuk, Rüstəm Əhmədzadə, Abdulla Xaybullayev, Qismət Alıyev və Renat Dadaşov əsas heyətdə meydana çıxıb.

İlk yarıda tərəflərdən heç biri yaxşı təsir bağışlamayıb. Ukrayna yaratdığı bir-iki yarımvəziyyəti ciddi nəticəyə çevirə bilməyib. Millimiz isə oyunun lap əvvəlində Bəhlul Mustafazadənin mövqe səhvindən sonra bais olduğu penalti epizodu ilə az qala dilxor etəcəkdi. Xoşbəxtlikdən hakim VAR-a baxdıqdan sonra penalti qərarını dəyişdi. Bundan sonra komandamız yalnız Emin Mahmudovun cərimə zərbəsi ilə yadda qaldı ki, onu da ukraynalı qapıçı çətinlik çəkmədən tirin üzərindən aşırdı. İlk yarıda komandamız dağıdıcı oyunda nisbətən yaxşı təsir bağışlasa da, hücum qurmaqda, ötürmələrdə və sürətli çıxışlarda axsayır.

İkinci hissə başlayan kimi Ukrayna yığması təzyiqi artırdı və sürət azacıq artan kimi millilər müdafiədə boşluqlar verməyə başladı. İlk təhlükəli hücumda bəxtimiz gətirsə də, ikinci təhlükə qolla nəticələndi. Zubkovun cinahdan gələn ötürməsini Sudakov rahatca qola göndərdi. Bərabərlik qolu oyunun bu hissəsindəki gedişin məntiqinə uyğun olmasa da, etiraf edək ki, Ayxan Abbasovun əvəzetməsi öz işini gördü. İki “Qarabağ”lı heç nədən qol yaratdı. Sol cinahla irəliləyən Cəfərquliyev topu qapı önünə göndərdi, ikinci hissədə meydana girən Toral Bayramov isə başla zərbə mövqeyinə çıxaraq Zinçenkonu qabaqlamaqla onu çaş-baş saldı. Nəticədə Zinçenko əllə oynadı. Epizod davam etsə də, az sonra hakim oyunu saxlayaraq VAR-a baxdı və penalti təyin etdi. Emin Mahmudov 11 metrlik zərbəni soyuqqanlıqla yerinə yetirərək bərabərlik gətirdi. Bununla da Emin 15-ci qolunu vurmaqla Qurban Qurbanovu qabaqlayaraq yığmada ən çox qol vuran oyunçu kimi tarixə düşdü.

Oyunun sonlarında qonaqlar təzyiqi artırsa da, Şahruddin qapıda inamlı oynadı və komandamız hesabı qoruya bildi. Doğrusu, komandamız oyun təşkili baxımından o qədər də yaxşı təsir bağışlamadı, amma ilk xalını qazandı və İslandiya ilə biabırçılıqdan sonra nisbətən reabilitasiya olundu.

DÇ-2026, seçmə mərhələ

D qrupu

Azərbaycan – Ukrayna 1:1

Baş hakim: Vassilis Fotias (Yunanıstan).

Tofiq Bəhramov adına Respublika Stadionu.

Azərbaycan: Məhəmmədəliyev, Cəfərquliyev, Mustafazadə, Krivotsyuk, Mahmudov, Dadaşov (A. Nuriyev, 66), Emreli (M. Qurbanlı, 66), Bədəlov, Xaybulayev (Səbuhi Abdullazadə, 78), Əhmədzadə (T. Bayramov, 53), Q. Alıyev (Abbas Hüseynov, 66).

Ukrayna: Trubin, Konoplya, Kalyujnıy (Yarmolyuk, 61), Vanat (Dovbik, 61), Sudakov, Zabarnıy, Oçeretko (Şaparenk0, 75), Zinçenko (Mixailiçenko, 84), Bondarenko (Voloşin, 75), Zubkov, Matviyenko.

Qollar: E. Mahmudov, 73-p – Sudakov, 51.

Paylaş:

Xəbər Lenti

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09