Qadın voleybolçulardan ibarət millimiz bu gün Avroliqada turnirin start oyununa çıxacaq. Yığmamız ilk turda doğma divarlar arasında İsveç seçməsini qəbul edəcək. Paytaxtda keçiriləcək qarşılaşma saat 18:00-da start başlayacaq.
İsveçlə qarşılaşmadan sonra voleybolçularımızı gərgin rəqabət və sıx qrafik gözləyir. Komandamızın qrupdakı növbəti oyunlarının təqvimi belədir:
7 iyun
Azərbaycan – Estoniya
13 iyun
Azərbaycan – Şimali Makedoniya
14 iyun
Azərbaycan – İspaniya
19 iyun
Azərbaycan – İsrail
20 iyun
Azərbaycan – İsveçrə