“Milli”dən minimal hesablı qələbə

23.09.26 | 23:35
Ölkə futbolu

Sentyabrın son günlərində futbolsevərlərin diqqəti Bakıya – “Palms Sports Arena”ya yönəlmişdi. Uzun fasilədən sonra yenidən bir araya gələn milli yoldaşlıq görüşündə Tacikistan seçməsini qəbul edib.

Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında meydana çıxan komandamızdan azarkeşlərin əsas gözləntisi qələbə idi. Gərgin və bəzi epizodlarda keyfiyyət baxımından istənilən səviyyədə olmayan qarşılaşma isə yığmamızın minimal üstünlüyü ilə başa çatıb – 1:0.

 Görüşün ilk dəqiqələrindən meydanda qarşılıqlı mübarizə və ehtiyatlı oyun diqqət çəkirdi. Azərbaycan millisi hücumların qurulmasında və son mərhələdə kreativlik nümayiş etdirməkdə çətinlik çəkirdi.

 10-cu dəqiqədə komandamız hesabı açmaq üçün real şans əldə edib. Musa Qurbanlının zərbəsi müdafiəçilərdən qayıtdıqdan sonra top kapitan Emin Mahmudovun önünə düşüb. Lakin onun əlverişli mövqedən zərbəsi dəqiq alınmayıb. Taciklər isə əsasən standart vəziyyətlər və sürətli əks-hücumlar hesabına təhlükə yaratmağa çalışıb. 24-cü dəqiqədə Xanonovun başla endirdiyi təhlükəli zərbəni Emil Balayev inamlı müdaxilə ilə dəf edib.

Qarşılıqlı ehtiyatlı oyun və çoxsaylı top itkiləri fonunda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

İkinci hissəyə bizimkilər daha fəal başlayıb. Fasilədən sonra meydana çıxan Mahir Emreli və Emil Səfərov hücum xəttində komandamızın oyununa əlavə dinamika gətiriblər.

Görüşün taleyini həll edən qol isə 58-ci dəqiqədə vurulub. Toral Bayramov cərimə zərbəsini birbaşa qapıya göndərib. Onun möhtəşəm zərbəsi əvvəlcə tirə, daha sonra isə rəqib qapıçısı Oleq Baklova dəyərək torla qovuşub. Epizod protokola avtoqol kimi düşüb – 1:0.

Qoldan sonra hər iki komanda çoxsaylı əvəzetmələrə əl atıb. Bu isə oyunun ritminə təsirsiz ötüşməyib. Meydanda gərginlik və emosiyalar artıb, baş hakim Roman Jitari qısa müddətdə hər iki komandanın futbolçularına ardıcıl sarı vərəqələr göstərib.

80-ci dəqiqədə Mahir Emrelinin rəqib müdafiəçi tərəfindən aşkar şəkildə saxlanılmasına hakimlərin reaksiya verməməsi də diqqət çəkən epizodlardan biri olub.

 Qarşılaşmanın son 10 dəqiqəsində qonaqlar təzyiqi artıraraq hesabı bərabərləşdirməyə çalışıb. Lakin Emil Balayevin inamlı oyunu və müdafiə xəttinin sonadək diqqətli mübarizəsi qonaqlara buna imkan verməyib.

Yoldaşlıq xarakteri daşımasına baxmayaraq, bu qələbə Azərbaycan millisi üçün psixoloji baxımdan vacib nəticədir. Komandamız bəzi epizodlarda hücumların qurulmasında çətinlik çəksə də, ikinci hissədə oyuna əlavə etdiyi dinamika və Toral Bayramovun cərimə zərbəsindən sonra bəxtin də köməyi ilə minimal hesablı qələbəni təmin edib.

AZƏRBAYCAN – TACİKİSTAN – 1:0 (0:0)
Qol: Baklov, 58-avtoqol (1:0)
Baş hakim: Roman Jitari (Moldova).
Azərbaycan: Emil Balayev, Elvin Bədəlov, Rahil Məmmədov, Rəhman Daşdəmirov (Murad Xaçayev, 46), Toral Bayramov (Rüfət Abbasov, 77), Tellur Mütəllimov (Edqar Adilxanov, 63), Abdulla Xaybulayev (Fərid Yusifli, 70), Emin Mahmudov (k) (Emil Səfərov, 46), Aleksey İsayev (Ayxan Hüseynov, 63), Rəhim Sadıxov (Mahir Emreli, 46), Musa Qurbanlı (Renat Dadaşov, 63).
Tacikistan: Oleg Baklov, Vahdat Xanonov, Zoir Cüraboyev, Alicon Karomatullozoda (Sodiqcon Qurbonov, 79), Tabrez İslomov (Şahrom Samiyev, 79), Parvizcon Umarboyev (Məhəmmədcon Rəhimov, 79), Salohiddin İrqaşev (Furqon Rəhimzoda, 59), Alişer Şükürov (Fəthullo Olimzoda, 70), Alişer Cəlilov (k) (Amirbek Cüraboyev, 59), Şevroni Mabatşoyev (Nozim Babadcanov, 70), Rustam Soirov (Sheriddin Boboyev, 46).
Sarı vərəqələr: Şükürov, Səfərov, Adilxanov, Karomatullozoda.
Məkan: Bakı, “Palms Sports Arena” stadionu.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31