Millətlər Liqasında xaos: Meydanda kütləvi dava, polis müdaxiləsi və irqçilik qalmaqalı

06.10.26 | 23:49
Dünya futbolu

Millətlər Liqasında xaos: Meydanda kütləvi dava, polis müdaxiləsi və irqçilik qalmaqalı

KONKAKAF Millətlər Liqası çərçivəsində keçirilən Qvatemala – Surinam qarşılaşması futbol matçından daha çox gərgin döyüş meydanını xatırladıb. Qvatemalanın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra tərəflər arasında kütləvi dava düşüb.

“Sementos Proqreso” stadionunda baş verən insidentlərin təməli qarşılaşmanın ikinci hissəsində qoyulub. Surinam millisının üzvü Rişonell Marqaret tribundakı azarkeşlərlə mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Final fiti səsləndikdən sonra isə gərginlik pik həddə çatıb. Hər iki komandanın futbolçuları və rəsmi şəxsləri arasında əlbəyaxa dava başlayıb. Kameralara əks olunan görüntülərdə tərəflərin bir-birinə ağır yumruq zərbələri endirdiyi aydın görünür. İğtişaşı yatırtmaq və tərəfləri ayırmaq üçün meydana xüsusi qalxanlarla təchiz olunmuş mühafizə dəstələri müdaxilə etməli olub.

Qarşılaşmadan sonra Surinam millisinin kapitanı Mayenti Abena sosial şəbəkə hesabında açıqlama verərək komandasının matç boyu irqçi təhqirlərə məruz qaldığını bildirib. Məlumata görə, yerli azarkeşlər tribunalardan qonaq komandanın ünvanına meymun səsləri təqlid edən təhqiramiz şüarlar səsləndiriblər.

Daily Mail nəşrinin sitat gətirdiyi Abena baş verənləri belə şərh edib: “Müəyyən məqamda emosiyalar üstün gəldi və oyunçularımızdan biri buna reaksiya vermək məcburiyyətində qaldı. Matçın bitməsinə 20 dəqiqə qalmış meydanı tərk etməyi də nəzərdən keçirdik, lakin mübarizəyə davam etmək qərarına gəldik. Bu, yaşananları qəbul etdiyimiz üçün deyil; futbola, ölkəmizə və bir-birimizə olan sevgimizə görə idi”.

Görüşdəki qələbə sayəsində Qvatemala qrup lideri kimi Millətlər Liqasının dörddəbir finalına vəsiqə qazanıb və bu mərhələdə Kanada ilə üz-üzə gələcək. Lakin qarşılaşmada yaşanan zorakılıq və irqçilik halları ilə bağlı KONKAKAF-ın yaxın saatlarda intizam təhqiqatına başlayacağı və hər iki komandanı, eləcə də meydan sahiblərini ağır sanksiyalarla üz-üzə qoyacağı gözlənilir.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09