“Milan”ın və İtaliya futbolunun əfsanəvi müdafiəçisi Franko Barezi dogma şəhərində son mənzilə yola salınıb. Küçələri əfsanəvi 6 nömrənin əks olunduğu bayraqlar, şərf və formalarla bəzədilib.
“La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, artıq səhər saatlarından etibarən 3 minə yaxın azarkeş “Yalnız bir Kapitan var!” şüarları ilə əfsanəyə ehtiramını bildirmək üçün toplaşıb.
Dəfn mərasimində futbol dünyasının bir çox məşhur simaları – Paolo Maldini, Alessandro Kostakurta, Marko van Basten, Fabio Kapello və digərləri iştirak ediblər. Hazırkı “Milan” heyətindən isə mərasimə zədəli futbolçular Kristian Pulişiç və Santyaqo Ximenes qatılıb.
Məbədin daxilində Barezinin tabutunu keçmiş komanda yoldaşları – Daniele Massaro, Roberto Donadoni, Filippo Qalli, Marko van Basten, Covanni Qalli, Ancelo Kolombo, Demetrio Albertini, Alessandro Kostakurta, Pyetro Paolo Virdis, Massimo Ambrozini, Marko Simone və Alberiko Evani daşıyıb.
Ötən həftə 66 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Barezi futbol tarixinin ən böyük müdafiəçilərindən biri hesab olunur. O, “Milan”ın heyətində 6 dəfə İtaliya çempionu (A Seriyası), 3 dəfə Çempionlar Liqasının qalibi olub. İtaliya millisinin heyətində isə DÇ-1982-də qızıl, 1990-cı ildə bürünc, DÇ-1994-də isə gümüş medal qazanıb.