Messinin vida matçından sonra qalmaqal:“Bizi soyunub-geyinmə otağına da buraxmadılar”

08.10.26 | 22:22
Dünya futbolu

Lionel Messinin Argentina millisində son oyunundan sonra Benin yığmasının düşərgəsində narazılıq yaranıb.

Argentina Benini 3:0 hesabı ilə məğlub etdiyi görüşdə millidəki son matçına çıxan Messi 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qarşılaşmadan sonra bir neçə Benin futbolçusu Messi ilə forma dəyişmək və xatirə fotosu çəkdirmək üçün argentinalı ulduza yaxınlaşıblar. Lakin 39 yaşlı futbolçu bəzi rəqibləri ilə görüşüb sağollaşsa da, forma dəyişməyib və selfi çəkdirməyib.

Benin millisinin baş məşqçisi Gernot Ror argentinalıların münasibətindən narazı qaldığını bildirib.

“Biz əlimizdən gələni etdik. Təəssüf ki, onlar bizə heç nə vermədilər. Nə Messi ilə şəkil çəkdirmək mümkün oldu, nə də forma ala bildik”, – deyə Ror “Goal”a bildirib.

Almaniyalı mütəxəssis özü və futbolçularının matçdan sonra stadionun tunelinə və soyunub-geyinmə otağına buraxılmadığını söyləyib:“Təhlükəsizlik əməkdaşları içəri girməyimizə icazə vermədi. Bəzi futbolçular paltarlarını dəyişməyə getmişdilər və buna görə vəziyyətin çətin olacağını anlayırdıq. Əlimizdən gələn hər şeyi etdik, amma heç nə alınmadı”.

Bununla belə, Ror Messinin 2018-ci ildə imzaladığı formasını əldə edə bilib. O, buna Argentina millisinin baş məşqçisi Lionel Skaloni vasitəsilə nail olduğunu bildirib. “Amma bununla da hər şey bitdi”, – deyə Ror əlavə edib.

Matçdan sonra stadionda Messinin Argentina millisindəki karyerasına həsr olunmuş vida mərasimi keçirilib. Tədbirdə atəşfəşanlıq təşkil olunub və 39 yaşlı futbolçuya təşəkkür nitqləri səsləndirilib.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09