Lionel Messinin 2028-ci ildə “İnter Mayami”dən ayrılaraq karyerasını başa vuracağı ehtimal olunur.
“Motivaciones Futbol” nəşrinin jurnalist Tom Boqertə istinadən yaydığı məlumata görə, ABŞ klubunun soyunub-geyinmə otağında argentinalı ulduzun müqaviləsini yeniləməyəcəyi və 2028-ci ildə komandadan ayrılacağı ilə bağlı fikir üstünlük təşkil edir.
Bundan əlavə, Messinin bir neçə il əvvəlki motivasiyasını artıq itirdiyi iddia olunur. Bu isə 39 yaşlı hücumçunun möhtəşəm karyerasının sonuna yaxınlaşdığı ehtimalını artırır.
Xatırladaq ki, Messi 2023-cü ildə PSJ-dən ayrılaraq Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə qoşulub. O, indiyədək ABŞ təmsilçisinin heyətində 108 oyuna çıxıb, 91 qol vurub və 52 məhsuldar ötürmə edib. Argentinalı ulduz bu müddətdə MLS çempionluğu və Liqalar Kuboku da daxil olmaqla, üç titul qazanıb.
Messi cari mövsümdə “İnter Mayami”nin heyətində 29 matçda 25 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu il “Qızıl top” mükafatının səsverməsində beşinci yeri tutub.