Futbol dünyasının canlı əfsanəsi, 2022-ci il dünya çempionu Lionel Messi növbəti nüfuzlu mükafatla təltif edilib. Argentinalı ulduz idman sahəsindəki nailiyyətlərinə görə Asturiya şahzadəsi mükafatına layiq görülüb. Ötən il bu mükafatın sahibi amerikalı tennisçi Serena Uilyams olmuşdu.
Hazırda “İnter Mayami”nin formasını geyinən Messinin karyerası saysız-hesabsız titullarla zəngindir. O, “Barselona”dakı 17 mövsümlük unudulmaz karyerası ərzində 4 dəfə Çempionlar Liqasının, həmçinin 9 dəfə La Liqa və 7 dəfə İspaniya Kral Kubokunu qalibi olub. Argentinalı oyunçu daha sonra formasını geyindiyi Fransa nəhəngi “Pari Sen-Jermen”in heyətində də iki dəfə çempionluq sevinci yaşayıb.
İspaniya şahzadəsi Leonorun rəhbərliyi ilə hər il payızda Asturiyanın Ovyedo şəhərində keçirilən təntənəli mərasimdə təqdim olunan mükafatın maliyyə dəyəri 50 min avro təşkil edir. İdman, incəsənət, ədəbiyyat və elm sahələrini əhatə edən 8 kateqoriya üzrə verilən bu mükafat dünya miqyasında böyük nüfuz qazanıb.Xatırladaq ki, Asturiya şahzadəsi mükafatının idman laureatları sırasında Rafael Nadal, Karlos Sayns, Lindsi Von, Olimpiya qaçqınlar komandası və Yeni Zelandiyanın reqbi komandası kimi dünya şöhrətli adlar yer alır. Mükafatı alanlar arasında 2018-ci ildə tanınmış polyak alpinist Kşiştof Velitski də var.